top of page

Gənclərin liderlik akademiyası

GMD LOQO LOQO.png

Gənclərin liderlik akademiyası

Azərbaycan Respublikası Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai birliyinin birgə təşkilatçılığı ilə “ Gənclərin Liderlik Akademiyası “ -na start verildi.

 

-Layihənin ilk gününü Göygöl şəhər Olimpiya kompleksində açılış mərasimi baş tutmuşdur. Açılış mərasimində düşərgədə iştirak edən gənclər bir-biri ilə şəbəkələşmə oyunları vasitəsilə yaxından tanış olub , əyləncəli gün keçirdilər.

-Düşərgəmizin 2- ci günü səhər idmanı ilə başlamışdır . Daha sonra “Etiket Kodeksi” , “Könüllülük” və “Komanda ilə iş “ mövzuları çərçivəsində təlimlər keçirilmişdir .Təlimçilərimizin səmimi söhbətləri nəticəsində gənclərimiz əylənərək öyrənmişdir . Təlim prosesindən sonra iştirakçılar “ Günün dəyərləndirilməsi” ni edib , əyləncəli kino saatına keçid etmişdirlər.

-Düşərgəmizin 3 - cü günü səhər idmanı ilə başlamışdır . Daha sonra müxtəlif mövzularda təlimlər keçirilmişdir .Təlimçilərimizin səmimi söhbətləri nəticəsində gənclərimiz əylənərək öyrənmişdir . Təlim prosesindən sonra iştirakçılar “ Günün dəyərləndirilməsi” ni edib , əyləncəli musiqili saatlara keçid etmişdilər.

-Düşərgəmizin 4 - cü günü səhər idmanı ilə başlamışdır . Gənclərimiz asudə vaxtlarında şahmat, voleybol, stolüstü tenis ve s. digər oyunları oynadılar. Təlimçilərimizin səmimi söhbətləri nəticəsində gənclərimiz əylənərək öyrənmişdir . Təlim prosesindən sonra iştirakçılar “ Günün dəyərləndirilməsi” ni edib , əyləncəli musiqili saatlara keçid etmişdirlər.

Həmçinin gün ərzində  düşərgə iştirakçıları ilə SAT Groupun təlimçisi Sarvan Aslanovun görüşü baş tutmuşdur.Sarvan bəy təlimdən sonra gənclərlə şəbəkələşmə oyunları keçirmişdir.

 Layihənin son günündə “ Gənclərin Liderlik Akademiyası “ -nın bağlanış mərasimi keçirilib.
Sözügedən düşərgənin bağlanış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, 2015 Avropa Oyunları çempionu,Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev, Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Sabirabad rayonu Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəşad Qurbanov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, SAT Groupun təlimçisi Sarvan Aslanov və Göygöl Olimpiya İdman Kompleksinin direktorunun müavini Müzadil Həsənov iştirak edib.
Layihəmizin əsas məqsədi gələcəkdə öz biznesini qurmaq arzusunda olan,istər dövlət sektorunda istərsə də özəl sektorda uğur qazanmaq istəyən gənclərimizə dəstək olmaq və onlarda yeni fikirlərin formalaşması üçün profesionallar tərəfindən təlimlərin keçirilməsi idi.

Qeyd: 5 gün davam edən düşərgə tipli layihədə gənc liderlik mövzusunda yeni biliklərə yiyələndilər və gələcək karyeraları üçün əvəzsiz təcrübə qazandılar.
Tədbirin yekununda iştirakçı komandaların düşərgə zamanı asudə vaxtlarında hazırladıqları rəqs və musiqilərlə nömrəli göstərildi və ruğurla başa çatdırmaları münasibətilə sertifikatlar təqdim olunub.

 

bottom of page