top of page

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Haqqında

GMD LOQO LOQO.png

“Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” 30 avqust 2012-ci ildə təsis edilmişdir və həmin gündən etibarən birliyimiz, gənclərin davamlı inkişafını təmin etmək, gənclərin maraq və hədəf çərçivəsini daha da genişlətmək, və respublikanın ictimai-siyasi, sosial və mədəni həyatında onların fəal iştirakını təmin etməkdir.

GMD ictimai birliyin bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 

 

- Gənclərin şəxsi bacarıqlarının inkişafı və həvəsləndirmək üçün müsabiqələr, olimpiadalar, elmi-əyləncəli oyunlar, düşərgələr, seminarlar, dəyirmi masalar, təlim kursları təşkil etmək;

- Gənclərin  ictimai və sosial həyatında fəallığını artırmaq;

- Gənclərin hüquqlarını müdafiə etmək;

- Gənclər arasında bəşəri dəyərləri təbliğ etmək, vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaq;

 

- Gənclərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək;

 

- Gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq məqsədilə mədəni tədbirlər təşkil etmək;

 

birliyimiz fəaliyyətə başladığı ilk gündən elmi, mədəni, sosial inkişafını rəhbər tutub. Gənclərin sosial işlərdə  hüquqlarının təmsil və müdafiəsinə daim dəstək göstərib. GMD ictimai birliyi gənclərin istənilən mövzuda müraciətlərinə xüsusi diqqətlə yanaşıb. Həyata keçirilən bir çox layihə gənclərin təklif və ideyaları əsasında reallaşdırılıb. Gənclərin Maarifləndirilməsinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maaliyələşdirilir və hər layihədə öz dəstəyini açıq şəkildə göstərir.

bottom of page