top of page

GMD Academy

GMD LOQO LOQO.png

"GMD Academy" layihəsinə start verilib

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi “GMD Academy” layihəsinə start verdi!

Layihənin əsas məqsədi gənclərə ödənişsiz şəkildə aşağıda göstərilən istiqamətlərdə təlim və tədris təşkil etməkdir. "GMD Academy" layihəsinin təşkil olunduğu gündən bəri əsas məqsədi ölkədaxilində gənclərin öz şəxsi bacarıqlarını inkişaf etdirmək və dərin biliklərə yiyələnməkdir.

 


Proqram çərçivəsində tələbələrimiz 4 əsas istiqamətdə:
- Rus dili
- İngilis dili
- Natiqlik
- Qrafik Dizayn biliklərini inkişaf etdirəcəklər.

 

Rus dili üzrə təlimlər Fatima Babayeva tərəfindən tədris olunur. Ingilis dili üzrə mövzuların öyrədilməsi və danışığın inkişaf etdirilməsi Rövşən Şərif tərəfindən aparılır. Natiqlik bacarıqların inkişafı və tələbələrin yüksək dərəcədə nitq mədəniyyətinin mənimsənilməsi üzrə dərslər Sona Çərkəzli tərəfindən təşkil olunur.Gənclərin Maarifləndirilməsinə Dəstək ictimai birliyi tərəfindən əsası qoyulan GMD Academy davamlı olmağı ilə yanaşı, gənclərin gələcək karyera həyatina daha uğurlu addımlar atması üçün ilkin mərhələ kimi nəzərdə tutulur. 


Qeyd edək ki, dərslər həftədə üç dəfə olmaqla 2 ay müddətində davam edəcək və tam ödənişsiz əsaslarla həyata keçirilir. Programın sonunda program iştirakçıları sertifikatla təltif olunacaq. 

Həmçinin qeyd etmək istərdik ki, dərslərdə şəhid və qazi övladları da iştrak edir.

GMD LOQO LOQO.png
GMD LOQO LOQO.png
bottom of page