top of page

Gənclərin I təcrübə proqramı

GMD LOQO LOQO.png

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə " I Təcrübə Proqramı"-na start verildi.
Təcrübə Proqramının ilk iki həftəsi “Gənclər sektorunda işin idarə edilməsi və uğurlu gələcəyin təməlinin qurulması” üzrə 20 gəncimizə müxtəlif təlimlərin keçirilməsi, digər iki ay müddətində gənclər öyrəndiklərini tətbiq etmələri nəzərdə tutulub.
İlk gün Proqramın qonağı “Brain Design” akademiyasının təlimçisi, karyera psixoloqu Orxan Mahmudlu oldu. Orxan bəy gənclərə “Sistemli bilik və inkişaf, Şəxsi brending, Müasir iş həyatında tələb olunan əsas bacarıqlar və onların təkmilləşdirilməsinin” yollarından danışdı. Daha sonra isə gənclərimiz ofis proqramlarında işləməyin qaydalarını müzakirə etdilər.

Layihənin 2-ci günündə,  proqramın qonağı “ Charkazli Academy” təlimçisi Sona Tanrıverdiyeva oldu. Sona xanım gənclərə “Layihənin idarə olunması, komanda ilə işləməyin yolları"-dan danışdı. Günün 2-ci qonağı “Brain Design ” akademiyasının təlimçisi  Zaur oldu. Zaur bəy gənclərə “Ünsiyyət qurulan zaman əsas nələrə diqqət edilməsi, müsahibə zamanı özünə güvənmənin” yollarından danışdı. Təlim müddəti aktiv şəkildə iştirak edən gənclərimiz təlimçimiz tərəfindən seçildi və mükafatlandırıldı.

Layihənin 3-cü gününün ilk qonağı  təhsil platformasının rəhbəri və “Böyük Qayıdış” Gənclər Təşkilatının əməkdaşı Elşən Qəhrəmanlı oldu. Elşən bəy gənclərə “Komplekslərdən azad olunmağın” yollarından danışdı.Günün digər qonağı  “ Təlimçi, pedaqoq və "Həyatın rəqsi" kitabının müəllifi Rövşən Şərif oldu.

Layihənin 4 cü günündə Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Təhminə Həmidli  olmuşdur. Təhminə xanım təlim sırasında marketinq strategiyası; əlaqələrdə müşahidə və ünsiyyət bacarığı; ictimaiyyətlə əlaqələrin konseptual çərçivəsi və əhatəsi; dövlət strukturlarında ictimaiyyətlə əlaqələrin əhəmiyyəti və vəzifələri; ictimaiyyətlə əlaqələrdə hədəf auditoriyası kimi məsələlərə toxunmuş və bunlar haqqında məlumat vermişdir.

 

Layihənin son günündə Azərbaycan Tələbə Gənclər Təşkilatları Ittifaqının Tələbələrlə iş üzrə meneceri Ceyran Cəfərova oldu. " Layihənin idarə olunması " mövzusunda keçirilən təlimdə Ceyran Cəfərova təcrübəçiləri layihənin yazılma qaydası, layihənin icrası və idarə edilməsi, layihənin icrası zamanı kommunikasiya və nəzarət mexanizmlərinin tətbiqi, risk amillərinin zamanında aşkar edilməsi və aradan qaldırılması və bu kimi digər məsələlər barədə məlumatlandırdı. Təlimlər üçün nəzərdə tutulan 2 həftəlik müddət bitdikdən sonra, gənclər Gənclərin Maarifləndirilməsinə Dəstək ictimai birliyinin rəhbər heyətinin nəzarəti altında 2 aylıq təcrübə  proqramlarına başladılar.

Gənclərin I təcrübə proqramı başa çatdı

GMD LOQO LOQO.png
bottom of page