İntern Academy I


İntern Academy layihəsinə start verildi
Azərbaycan Respublikasının Gənclər Fondu, UNICEF Azerbaijan və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Intern Academy” təcrübə proqramına start verildi. Proqram boyunca gənclərin sektordakı iş şəraiti ilə daha yaxından tanış olması və gənclərin iş təcrübələrini daha da zənginləşdirilməsi əsas hədəf kimi təyin edilmişdir.Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə təhsil alan gənclər 1 həftə ərzində "gənclər sahəsində araşdırmaların aparılması", "region gəncləri ilə iş, gənclərlə işin sosial media platformaları və KİV-lərdə tanıdılması", "könüllülərin cəlb və idarə edilməsi", "layihələrin yazılması" və s. mövzularda bilik və bacarıqlara yiyələniblər. 1 həftəlik təlim bitdikdən sonra gənclər
Proqram ərzində təcrübələrini keçmək üçün gənclər qrup şəklində bölünmüş və müxtəlif gənclər təşkilatlarına və qurumlara yönləndirilmişdirlər.
Təcrübənin sonuncu günündə gənclər "Regionda gənclərin problemləri və onların həll yolları" mövzusunda təqdimat ediblər.
“Intern Academy” təcrübə proqramının keçirilməsində məqsəd tələbələrin gənclərlə iş sahəsindəki bilik və bacarıqlarını daha da inkişaf etdirərək, onların bu sahədə əlavə təcrübə qazanmasına şərait yaratmaqdan ibarətdir.