top of page

İntern Academy II

GMD LOQO LOQO.png

Intern Academy II layihəsinə start verildi

BMT-nin Uşaq Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 noyabr-24 dekabr 2021-ci il tarixlərində növbəti "Intern Academy” təcrübə proqramı həyata keçirilir.Əsasən gənclərlə iş, sosial və humanitar elmlər, hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, maliyyə sahələrində təhsil alan tələbə və məzunların iştirak ilə keçirilən “Intern Academy 2” təcrübə proqramı vasitəsilə iştirakçılar gənclərlə iş sahəsindəki bilik və bacarıqları daha da inkişaf etdirərək bu sahədə əlavə təcrübə qazana biləcəklər. Proqramda iştirak edən 40 gəncimiz müvafiq dövlət qurumu və ya gənclər təşkilatlarında təcrübə keçəcəkdir.

- Layihə ərzində Charkazli Academy təhsisçisi və təlimçisi Sona Çərkəzli tərəfindən natiqlik və şəxsi bacarıqların inkişafı üzrə təlimlər keçirilir. Həmçinin Gənclərin Maarifləndirilməsinə Dəstək İB-in sədr müavini Aynurə Salmanlı ilə görüş keçirilmişdir. Görüş zamanı təcrübəçilərin təlimlərə münasibətləri, təlimlərin son günləri haqqında ümumi müzakirələr, sual-cavab sessiası təşkil olunmuşdur. 

-Təcrübə proqramının 33 iştirakçısı 2 ay ərzində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası, “İRƏLİ” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzində təcrübə keçiblər. Təcrübə proqramının son iki həftəsində iştirakçılar mütəxəssislər tərəfindən təşkil olunan “Şəxsi İnkişaf” və “Peşəkar İnkişaf” mövzuları üzrə təlimlərdə iştirak ediblər.


Layihənin keçirilməsində əsas məqsəd Gənclərlə iş, Sosial və humanitar elmlər, Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə sektorunda təhsil alan tələbə və məzunların gənclərlə iş sahəsindəki bilik və bacarıqları daha da inkişaf edərək onların bu sahədə əlavə təcrübə qazanmasına şərait yaratmaqdır.Tədbirin yekununda iştirakçılara təcrübə proqramını uğurla başa çatdırmaları münasibətilə sertifikatlar təqdim olunub.


Qeyd edək ki, proqramda iştirak üçün 500-dən çox müraciət daxil olub və onlardan 33 nəfər gənc iştirak haqqı qazanıb. Məzunların bəziləri artıq müvafiq qurumlarda işlə təmin edilib. Gənclərdə olan maraq səbəbilə “Intern Academy” təcrübə proqramının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

bottom of page