top of page
İntellektual Klubların "Gənclər Liqası"
18-19 iyun tarixlərini əhatə edən “İntellektual Klubların Gənclər Liqası”nın final mərhələsi yekunlaşdı.
Mayın 9-dan etibarən start götürən və respublikanın 57 şəhər və rayonunu əhatə edən 4 mərhələdən ibarət turnirin seçimlərində ümumilikdə 1000-dən çox komanda və 6 mindən çox gənc iştirak edib.
2 gün davam edən böyük finalda, komandalar “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunlarında öz intellektual bacarıqlarını nümayiş etdiriblər.
Günün sonunda isə qalib komandalara kubok, medal, hədiyyə və sertifikatlar təqdim olunub.



bottom of page