Növbəti stansiya Gənclik

Növbəti stansiya Gənclik
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Növbəti stansiya GƏNCLİK” layihəsi baş tutdu.13 dekabr tarixində ilk stansiyamız Mingəçevir Gənclər Evinə oldu.
-Təlimin açılış mərasimi dövlət himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Açılış mərasimini başlatması üçün ilk söz Mingəçevir Gənclər Evinin Direktoru Tural Kerimov'a, daha sonra Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyin sədri Rüfət Qazızadə verildi. Açılış mərasiminim son çıxışı Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyin sədr müavini Aynurə Salmanlı etdi. İştirak edən gənclərə layihə haqqında məlumat verib uğurlar arzuladı.Açılış mərasiminin ardınca, “Komanda ilə iş” adlı təlim baş tutdu. Təlim zamanı gənclərə komanda ilə işin onların gələcək fəaliyyətində müsbət rolu haqqında məlumat verildi. Sual-cavab hissəsində, gəcləri maraqlandıran bütün suallar təlimçi tərəfindən cavablandırıldı.
-Səmimi təlimdən daha sonra, musiqili fasilə baş tutdu. Gənclər canlı musiqi dinləyib və ifa edərək əyləncələrinə əyləncə qatdılar. Musiqili fasilə bitdikdən sonra gənclər yemək fasiləsinə başladılar. Günün ikinci təlim “Zamanın idarə olunması” baş tutdu. Gənclər öz zamanlarını daha səmərəli və planlaşdırılmış şəkildə qurmağ barədə maarifləndilər. Təlim workshop’la bitdi.Təlim sonrası canlı müsiqili dəqiqələr davam etdi.
Fasilənin ardından Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birlik komandasının gəclərlə panel görüşü baş tutdu. Görüş zamanı gənclərlə səmimi danışıqlar, sual-cavab və ideaları haqqında danışıqlar aparılmışdır.
Panel görüş bitdikdən sonra mükafatlandırılma mərasimi baş tutdu. Layihə müddətində aktivlik göstərən gəclərə hədiyyə və sertifikat təqdim edildi. Daha sonra görüşdə iştirak edən bütün gənclərə sertifikat təqdim olundu.