Payız Zəfəri


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai birliyinin birgə təşkilatçılığı ilə“Payız Zəfəri“ düşərgəsi təşkil edilmişdir.Düşərgənin ilk günü açılış mərasimi ilə başlamışdır və mərasim Göy-göl şəhər Olimpiya kompleksində baş tutmuşdur. Açılış mərasimini Gənclərin Maarifləndirilməsinə Dəstək İB-nin sədri Rüfət Qazızadə və dəyərli qonaqlarımız olan Göy-göl Gənclər evinin direktoru Şəhriyar İsmayılzadə açıq elan etmişdilər. Açılış mərasimindən sonra düşərgədə iştirak edən gənclər bir-biri ilə şəbəkələşmə oyunları vasitəsilə yaxından tanış olub, əyləncəli gün keçirdiblər. İlk gün ərzində gənclərin təşkil olunan oyunlara və təlimə maraz göstərməsi diqqətə layiq idi.
Düşərgə iştrakçıları 2-ci günə səhər idmanı ilə başlamış, daha sonra gün ərzində peşəkar spiker və təlimçilər tərəfindən müxtəlif mövzularda təşkil olunan təlimlərdə iştirak etmişdirlər .Təlimlərin məğzi aşağıda qeyd olunan mevzular əsasında keçirlimişdir:
”İnsan resurslarının təşkili və idarə olunması”
”Beynəlxalq təmsilçilikdə etik davranış kodeksi”nin hazırlanmasına dair təkliflərin formalaşması - “Charkazli Training and Consultation” MMC təsisçi və direktoru Sona Tanrıverdiyeva
Təlimlər yekunlaşdıqdan sonra gənclər bir-birləri ilə şəbəkələşmə oyunlarını oynamağı davam etdirmiş, ardınca komanda rəhbərləri və iştirakçılar arasında günün dəyərləndirilməsi adı altında iclas təşkil olunmuş və günü əyləncəli müsiqi sədaları altında bitirmişdirlər.
Düşərgənin 3-cü günü Vətən Müharibəsi qaziləri ilə görüş keçirilmişdir. Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri –Abdullayev Abdulla, Abuşov Elman, İbrahimli Namiq, Babazadə Səbuhi və Allahverdiyev Anar çıxışları zamanı Vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini iştirakçılarla bölüşüblər. Tədbirin ardınca qazilərimizə 2-ci Qarabağ müharibəsində göstərdikləri yüksək dərəcədə qəhrəmanlıqlarına görə dərin minnətdarlığımız bildirilmiş və ardınca xatirə fotosu çəkilmişdir.
Düşərgənin 4-cü günü müxtəlif mövzularda təlimlər keçirilmişdir və gənclərin asudə vaxtlarını daha da səmərəli dəyərləndirilməsi üçün təlim sonrası həvəskar futbol və voleybol oyunları təşkil edilmişdir. Həmçinin iştirakçılar Gəncə şəhərində yerləşən Nizami Məqbərəsini, daha sonra raket hücumu nəticəsində dağıdılmış Qələbə parkını və Gəncənin tarixi binalarından biri olan "Butulka Ev"i ziyarət etmişdirlər.
Düşərgənin 5-ci günündə iştrakçılar səhər idmanı ilə başlamış, və gün ərzində müxtəlif təlimlər və şəbəkələşmə oyunları təşkil edilmişdir. Daha sonra isə “Xəmsə” oyunu baş tutmuşdur və yarışın qalib komandaları sertifikatlarla təltif olunmuş və günü şam yeməyi ilə yekunlaşdırmışdırlar.Təlim prosessi
Son olaraq, oktyabrın 25-də Azərbaycan Respublikası Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Göy-göl Olimpiya Kompleksində keçirilən “Payız Zəfəri” düşərgəsinin bağlanış mərasimi baş tutmuştur. Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla yad etmişdirlər. Mərasimin açılışını Gənclərin Maarifləndirilməsinə Dəstək (GMD) İctimai birliğinin sədri Rüfət Qazızadə tərəfindən edilmişdir.
Daha sonra çıxış etdilər:
Göy-göl rayon Gənclər Evi və İdman İdarəsinin rəisi - Zaur Abbasov
Gəncə şəhər Karyera və İnkişaf mərkəzinin direktoru - Seymur Vəliyev
Göy-göl Gənclər Evinin direktoru - Şəhriyar İsmayılzadə
Gəncə şəhər Gənclər Evinin direktor müavini - Şəhriyar Hacıyev
Qeyd edək ki, oktyabrın 20-dən start verilən “Payız Zəfəri” düşərgəsində 130 gənc iştrak edib. İştirakçılar bu müddət ərzində özlərini inkişaf etdirmiş və yeni biliklərə yiyələnərək əyləncəli vaxt keçirmişdirlər. Son olaraq, oktyabrın 25-də Azərbaycan Respublikası Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Göy-göl Olimpiya Kompleksində keçirilən “Payız Zəfəri” düşərgəsinin bağlanış mərasimi baş tutmuştur. Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla yad etmişdirlər. Mərasimin açılışını Gənclərin Maarifləndirilməsinə Dəstək (GMD) İctimai birliğinin sədri Rüfət Qazızadə tərəfindən edilmişdir.
Daha sonra çıxış etdilər:
Göy-göl rayon Gənclər Evi və İdman İdarəsinin rəisi - Zaur Abbasov
Gəncə şəhər Karyera və İnkişaf mərkəzinin direktoru - Seymur Vəliyev
Göy-göl Gənclər Evinin direktoru - Şəhriyar İsmayılzadə
Gəncə şəhər Gənclər Evinin direktor müavini - Şəhriyar Hacıyev
Qeyd edək ki, oktyabrın 20-dən start verilən “Payız Zəfəri” düşərgəsində 130 gənc iştrak edib. İştirakçılar bu müddət ərzində özlərini inkişaf etdirmiş və yeni biliklərə yiyələnərək əyləncəli vaxt keçirmişdirlər.
