top of page

Zirvəyə doğru

GMD LOQO LOQO.png

Zirvəyə doğru

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zirvəyə doğru” layihəsi baş tutdu.
Yarışın açılış mərasimi dövlət himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Gənclərin Maarifləndirilməsinə Dəstək İB-nin sədr müavini Aynurə Salmanlı yarışı elan etdi.
Açılış mərasiminin ardınca, əsas məzmunu hərb və vətənpərvərlik mövzularını əhatə edən suallardan ibarət xəmsə oyunu baş tutdu. Xəmsə oyunun ardınca, təsviri Qarabağ xəritəsi olan puzzle oyunu keçirildi və komandalara tapşırığı puzzle parçalarını xəritə üzərində düzgün yerləşdirmək idi .
Daha sonra “Axtar - tap" oyunu keçirildi. Oyunun tərkibi 5 sualdan ibarət idi, onlardan 4-ü standard kateqoriyadan, sonuncu sual isə hər komandanı adını daşıdığı şəhər və rayonların adlarının qeyd olunduğu puzzle-a apardı.
Komandalar tapşırığı həmin puzzle-ları müəyyən olunmuş löhvədə yerləşdirmək və xəritəni tamamlamaq oldu.
Layihənin final mərhələsində isə iştirakçılar “Süni” komandaya qarşı “Zəfər meydanı” adlı son oyunda mübarizə apardılar. Oyun daxilində komandanın qarşısına qoyulan əsas tapşırıq, verilən müddət ərzində qarşı komandanın yerləşdiyi əraziyə daxil olub, rəqib komandanı həmin ərazidən çıxardaraq, ərazinin ən yüksək zirvəsinə Azərbaycan Respublikasının üç rəngli bayrağını sancmaq idi.
Yarış bitdikdən sonra bal hesablamalarına uyğun olaraq qalib komandalar müəyyən edildi və onların mükafatlandırılma mərasimi baş tutdu. Qalib komandalara hədiyyə və sertifikatlar təqdim edildi. Daha sonra bütün komandalara sertifikatlar təqdim olundu.

Mükafatlandırılma mərasiminin ardınca bağlanış mərasimi baş tutdu.

bottom of page